Zərif: Regionda gərginliyin azaldılmasının yeganə yolu, Amerikanın İrana qarşı iqtisadi savaşının durdurulmasıdır
İranın xarici işlər naziri Amerikanın İrana qarşı iqtisadi savaş elan etməsinə işarə edərək, vurğulayıb: Qərbi Asiya bölgəsində gərginliyin azaldılmasının yeganə yolu, Amerikanın İrana qarşı iqtisadi savaşının durdurulmasıdır.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda Almaniyanın xarici işlər naziri Hayko Maas ilə birgə mətbuat konfransında bildirib ki, Amerikanın İrana qarşı iqtisadi savaşı dünya üçün olduqca təhlükəlidir. O, əlavə edib: Təvəqqe etmək olmaz ki, İran xalqına qarşı iqtisadi savaş salan və ya onu idarə edən kəslər amanda qalmış olsunlar.
Heç bir ölkənin İran xalqına qarşı bir hərəkət edə bilməyəcəyini və əks halda, qətiyyətli cavab alacağını vurğulayan Zərif deyib: İran heç vaxt heç bir müharibəni başlayan tərəf olmayıbdır, amma əgər bir kəs İranla savaşa başlayarsa, o, bu savaşa son qoyacaq tərəf olmayacaqdır.
İranın xarici işlər naziri həmçinin vurğulayıb: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin on beş hesabatı sübut edir ki, İran öz beynəlxalq öhdəliklərinə sadiqdir. O, sonra deyib: İran beynəlxalq öhdəliklərə sadiq olduğu qədər öz xalqının hüquqlarını müdafiə etməyə də borcludur.
Zərif Amerikanın cinayətlərinə, o cümlədən İraqın məhv edilmiş diktatoru Səddama dəstək verməsinə, Qüdsün və Qolan yüksəkliklərinin işğalını rəsmən tanımasına, terror qruplarını himayə etməsinə və yəmənli mülkilərin bombardman edilmələrinə arxa durmasına işarə edərək, söyləyib: İran 7 min ildir ki, Qərbi Asiya bölgəsində iştirak edir, amma məlum deyildir ki, nə üçün Amrika bu bölgədə iştirak edir və gərginlik yaradır.
Hayko Maas da bu birgə mətbuat konfransında bildirib ki, Qərbi Asiya bölgəsindən kənardan bu bölgə ölkələrinə təsir göstərmək səbatsızlığa yol açır. O, deyib: Qərbi Asiya bölgəsində mövcud olan gərginlik son dərəcə təhlükəlidir.
Maas həmçinin İngiltərə, Almaniya və Fransanın nüvə anlaşmasına dəstək verdiklərini vurğulayaraq, deyib: Amerikanın nüvə anlaşmasından çıxması bais olub ki, İranın hüquqlarından olan nüvə anlaşmasında nəzərdə tutulan iqtisadi maraqlar həyata keçməsin. Buna görə, Avropa İranda iqtisadi inkişaf və ticarət imkanı yaratmağa çalışır.