İyun 11, 2019 11:50 Asia/Baku
  • Ruhani: İran heç vaxt təzyiqlə çıxılmaz durumda qalmayacaq
    Ruhani: İran heç vaxt təzyiqlə çıxılmaz durumda qalmayacaq

İran İslam Respublikası prezidenti bildirib ki, Amerikanın nüvə anlaşmasından çıxmasının region təhlükəsizliyi və ölkələrin anlaşmasında mənfi təsirlərdən savayı heç bir nəticəsi olmayıbdır. O, vurğulayıb ki, İran heç vaxt təzyiqlə çıxılmaz durumda qalmayacaqdır.

Həsən Ruhani dünən axşam Tehranda Almaniyanın xarici işlər naziri Hayko Maas ilə görüşdə vurğulayıb ki, regionun təhlükəsizliyi heç vaxt İran xalqına qarşı təzyiq və sanksiya ilə əldə olunmayacaqdır. O, əlavə edib: Amerika İrana qarşı zalımcasına sanksiya ilə iqtisadi terrorizm yolunda hərəkət edir. Buna görə, İran dərman və qidanı İran xalqının üzünə bağlayan kəslər qarşısında müqavimət göstərəcəkdir.

Ruhani İngiltərə, Almaniya və Fransadan ibarət üç Avropa ölkəsi başçılarının ötən bir ildə öz öhdəliklərinə sədaqətə və Amerikanın nüvə anlaşmasından çıxmasının əvəzini çıxmaq istiqamətində təyin edilmiş zamanda addımlar atmağa səy göstərməyə dair vədlərinə işarə edərək, deyib: Əgər Avropa ölkələri inanırlarsa ki, nüvə anlaşması İran-Avropa Birliyi münasibətlərinin, həmçinin regionda təhlükəsizlik, sabitlik və sülhün genişlənməsinin xeyrinədir, tez bir zamanda onun qorunması üçün səy göstərərək, real və ciddi addımlar atmalıdırlar.

İran İslam Respublikasının prezidenti “İran nüvə silahı düzəltmək ardıncadır” iddiasının irəli sürülməsini qeyri-düzgün adlandırıb və belə deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin on beş hesabatı və ondan daha mühümü, İslam İnqilabının Böyük Rəhbərinin nüvə silahının düzəldilməsinin haram olmasına dair fitvası göstərir ki, bu iddia düzgün deyildir.

Hayko Maas da bu görüşdə ABŞ-ın birtərəfli şəkildə nüvə anlaşmasından çıxmasını yanlış hərəkət adlandırıb və belə əlavə edib: Almaniyanın Amerikanın İrana qarşı siyasətləri ilə böyük fikir ayrılıqları var. Almaniya çalışır ki, digər Avropa ölkələri, xüsusən Fransa və İngiltərənin həmkarlığı ilə nüvə anlaşmasını qoruyaraq, öz öhdəliklərini yerinə yetirmiş olsun.

Almaniyanın xarici işlər naziri vurğulayıb: Əgər bir kəs İran tarixi ilə tanış olarsa, yaxşı bilər ki, İran xalqına qarşı maksimum təzyiq strategiyası heç vaxt nəticə verməyəcəkdir.

 

 

Teqlər