Ruhani: İranın səyi, region sülhü və təhlükəsizliyinin qorunmasıdır
İran prezidenti dünyada və Yaxın Şərq bölgəsində təhlükəsizliyin qorunmasını İran İslam Respublikası üçün olduqca önəmli adlandırıb.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani Qırğızıstana səfər etməzdən öncə Tehranda vurğulayıb: İranın səyi həmişə bölgənin sülhü və təhlükəsizliyinin qorunması olub və özünün bölgənin və qonşu ölkələrin təhlükəsizliyi ilə bağlı bu həssaslığını ötən illərdə əməldə göstəribdir.
İran prezidenti Qırğızıstanda Şanxay iclasının keçirilməsinə işarə edərək, əlavə edib: Bu iclasda bölgənin təhlükəsizliyi və üzv ölkələrin əlaqələri kimi məsələlər araşdırılacaq.
Ruhani Şanxay iclasında Rusiya və Çin kimi mühüm ölkələrin iştirak edəcəklərini bildirərək, əlavə edib: Hazırkı şəraitdə nüvə anlaşması barədə bu iki ölkə ilə danışıqlar aparmağımız zərurət daşıyır.