Ruhani: Tehran Doha ilə əlaqələrin daha da genişləndirilməsini istəyir
İran İslam Respublikası prezidenti Qətər əmiri ilə görüşdə bildirib ki, bölgə ölkələrinin sabitliyi və təhlükəsiziyi bir-birinə bağlanıb. O, vurğulayıb: Tehran mötədillik, qardaşlıq, hikmət və uzaqgörənliliyin ölkələr arasındakı münasibətlərə hakim kəsilməsini istəyir.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən beşinci SİKA(CICA) sammitinin kənarında Qətər əmiri Şeyx Təmim bin Həməd Ali-Sani ilə görüşdə deyib: İki və çoxtərəfli məşvərətlər və daha artıq həmkarlıq regional problemlərin həlli və ixtilafların aradan qaldırılması üzrə yeganə yoldur və İran daim bu meydanda iştiraka hazırdır.
Qətər əmiri Şeyx Təmim bin Həməd Ali-Sani də bu görüşdə deyib: Bölgədəki bütün ixtilafların həlli yalnız dialoq, kollektiv həmkarlıq və siyasi yolların izlənilməsi ilə mümkündür.
Qətər əmiri habelə Dohanın tərəfləri maraqlandıran bütün sahələrdə Tehranla əlaqələri genişləndirməyə hazır olduğunu bildirib.