Avq 22, 2019 14:51 Asia/Baku
  • Amerikanın nüvə anlaşmasından çıxması sədaqətsizlik və iqtisadi terrorizmdir

İran İslam Respublikasının prezidenti deyib: Amerikanın nüvə anlaşmasından çıxması əhd-peymanı pozma, beynəlxalq qayda-qanunları tapdamaq və iqtisadi terrorizmdir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün 22 avqust, İranda müdafiə sənayesi gününün qeyd olunması mərasimində ölkənin müdafiə sənayesi üzrə məsul şəxsləri, həmçinin Tehrandakı xarici hərbi attaşelər və səfirlərin qarşısında əlavə edib: Amerika bilməlidir ki, bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsinin yeganə yolu, İran İslam Respublikasının qarşısında ədəb və təvazökarlıqdır və İran olmadan regionun təhlükəsizliyi yaranmayacaqdır.

Amerikanın bölgədəki məğlubiyyətlərinə işarə edən Ruhani söyləyib: Amerika regiondakı heç bir proqramda müvəffəq olmayıbdır və son bir neçə ayda bölgədə baş verən hadisələr göstərdi ki, təhlükə günündə bölgədən ilk qaçan tərəf, amerikalıların özləridirlər.İran İslam Respublikasının prezidenti həmçinin yerli "Bavər-373" zenit raket sistemini təqdim edərək, bu sistemi S-300-dən daha güclü adlandırıb.

 

 

Teqlər