Ruhani: İran dünya ilə gərginlik ardınca deyil
İran İslam Respublikasının prezidenti Tehranın dünya ilə gərginlik ardınca olmadığını bildirərək, vurğulayıb ki, İran bölgə və dünyanın təhlükəsizliyini, həmçinin dost ölkələrlə əməkdaşlıq istəyir.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda 110 min yaşayış evinin inşası üzrə icra əməliyatının başlanması mərasimində bildirib ki, heç bir ölkə İranı məğlub edə bilməz. O, əlavə edib: İqtisadi terrorizmlə İran xalqını sanksiya etmiş kəslər öz öhdəliklərinə qayıtmalı, seçdikləri yanlış yoldan geri dönməli və hörmət və ləyaqətlə İran xalqının hüquqlarını rəsmən tanımalıdırlar.
Ruhani vurğulayıb: Sanksiyadan və düşmənçilik münasibətlərindən əl çəkmədən İran-Amerika münasibətlərində dəyişiklik yaranmayacaq.
İran İslam Respublikasının prezidenti həmçinin amerikalıların İranın atom silahı düzətlmək ardınca olmasına dair iddialarına toxunaraq, deyib: İran atom silahı düzətlmək ardınca deyil, zira İran İslam Respublikasının iradəsi və doktrinası adi silahlara əsaslanıbdır.
Ruhani vurğulayıb: İranın bu siyasəti düşmənlərdən qorxuya görə deyil, İslam İnqilabının Böyük Rəhbərinin fitvasına, etikaya və etiqada görədir.
İran İslam Respublikasının prezidenti Tehranın nüvə anlaşmasında qalan tərəflərlə müzakirələrinin davam etməsinə işarə edərək, deyib: Əgər nüvə anlaşmasında qalan tərəflər öz öhdəliklərinə geri dönərlərsə, İran da nüvə anaşmasındakı öhdəliklərini icra edəcəkdir.