Ruhani: İran xalqı birlik və müqavimətlə iqtisadi savaşda qələbə çalacaq
Avq 28, 2019 20:07 Asia/Baku
İran İslam Respublikasının prezidenti deyib: İran xalqı Amerikanın İrana qarşı iqtisadi müharibəsinə vəhdət və müqavimətlə qalib gələcək.
Həsən Ruhani bu gün Tehranda 15-ci şəhid Rəcayi festivalında etdiyi çıxışında bədxahlar və düşmənlərin həmişə İran xalqına zərbə vurmaq niyyətində olduqlarını bildirərək deyib: Düşmənlərin iqtisadi müharibəsi İran xalqının qələbəsi ilə sona çatacaq.
Ruhani İran dövlətinin düşmənlərin məkirli polanları ilə qarşılaşmaqda özünün bütün gücünü səfərbər etdiyini bildirərək deyib: İran dövləti və xalqının birliyi İran İslam Respublikasının beynəlxalq dayirələrdəki qələbələrində səbəb olub.