Sen 17, 2019 10:03 Asia/Baku
  • Kanadanın İrana qarşı hərəkəti beynəlxalq hüquq prinsipləri ilə təzad təşkil edir
    Kanadanın İrana qarşı hərəkəti beynəlxalq hüquq prinsipləri ilə təzad təşkil edir

İranın ədliyyə nazirliyi bildirib ki, Kanada hökumətinin İranın müsadirə olunmuş əmlakının bir hissəsini satması hər bir cəhətdən beynəlxalq hüquq prinsipləri ilə təzad təşkil edir.

İranın ədliyyə nazirliyi bir açıqlamada Kanada hökumətinin İran əmlaklarını müsadirə etmək üzrə qanunsuz hərəkətini pisləyib. Nazirlik İran əmlaklarının dərhal qaytarılması və Kanada hökumətinin rəsmən üzr istəməsini tələb edib.

İranın ədliyyə nazirliyinin açıqlamasında deyilir: Daima beynəlxalq təşkilatlarda insan haqlarının pozulması bəhanəsilə İran İslam Respublikasını təzyiq altında qoymağa çalışan Kanada elə bir şəraitdə İran əmlaklarını satıbdır ki, özü bu ölkədəki yerli əhalinin hüquqlarını pozmaqda əllərini qana bulayıb və öz cinayətlərinə görə cavab verməlidir.

Kanada hökuməti son zamanlar bütün dünyada iddia olunan terrorizm qurbanlarını himayə bəhanəsilə həmin ölkədə İranın müsadirə olunmuş əmlakının bir hissəsini satıbdır.

Kanadalı mənbələrin məlumatlarına görə, satılmış əmlakın dəyəri 28 milyon dollardan yuxarı olubdur.

 

 

Teqlər