Amerikanın ayaq basdığı hər bir yerdə terrorizm yayılıb
İran İslam Respublikasının prezidenti ABŞ-ın Qərbi Asiya bölgəsində terroru dəstəklədiyini bildirib. Deyib ki, Amerikanın ayaq basdığı hər bir yerdə terrorizm yayılıb.
BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etmiş İran İslam Respublikasının prezidenti Həsən Ruhani Foks Nyus telekanalı ilə müsahibədə əlavə edib: Amerika ordusunun Suriyanın qanuni hökumətinin icazəsi olmadan bu ölkəyə müdaxilə etməsi Qərbi Asiyada Amerika terrorizminin bir nümunəsidir.
Ruhani deyib ki, Amerika öz ölkəsini müdafiə etmək üçün mübarizə aparan bir xalqı terrorçu adlandırır. O, söyləyib: Amerika öz ölkəsini müdafə edən Yəmən xalqını terrorçu adlandırır. Amma bombalar, raketlər və raket sistemləri istehsal edərək, onları Yəmən xalqını bombalamaq üçün ərəbistanın ixtiyarına qoyan kəsləri himayə edir.
İran İslam Respublikasının prezidenti həmçinin BMT Baş Assambleyasının sessiyasında şərh etməli olacağı İranın "Hörmüz sülhü" planına işarə edərək, bildirib ki, İran sülhü Qərbi Asiyaya gətirən bir ölkədir.
Ruhani "Görən, İran və Amerika rəsmilərinin Nyu-Yorkda bir-biriləri ilə söhbət etmələri üçün bir fürsət vardırmı?" sualının cavabında deyib: Əgər Amerika söhbət etmək istəyirsə, lazımi şəraiti, o cümlədən bütün sanksiyaların götürülməsi və İran xalqına qarşı iqtisadi terrorizmə son qoyulması şəraitini yaratmalıdır.