Sen 30, 2019 20:26 Asia/Baku
  • İran prezidenti Ermənistana yola düşüb

İran İslam Respublikası prezidenti siyasi-iqtisadi heyətə başçılıq edərək İrəvana dola düşüb.

Ermənistanın baş nazirinin rəsmi dəvəti ilə bu ölkəyə səfər edən İİR prezidenti Həsən Ruhani Avrasiya İqtisadi Birliyin zirvə toplantısında çıxış edəcək, İranın bu birlik ilə ticarət əməkdaşlıqları üçün geniş imkanlarını açıqlayacaq, Ermənistan eləcə də iclasda iştirak edən ölkələrin rəhbərləri ilə görüşlər keçirəcək.

Həsən Ruhani bu gün Tehranı tərk etməzdən öncə müxbirlərə deyib: İran Avrasiya İqtisadi Birliyinə qoşulmaq yolundadır və bu barədə razılıq 28 oktyabrdan etibarən icra ediləcək.

İran prezidenti deyib: İranın Avrasiya İqtisadi  Birliyinə qoşulmasından sonra 502 növ İran məhsulu birliyə üzv ölkələrə ixrac edilmək imkanına malik olacaq.

Teqlər