Okt 13, 2019 20:04 Asia/Baku
  • Tehran və İslamabad regional məsələlərin dialoq yolu ilə həllini vurğulayıblar
    Tehran və İslamabad regional məsələlərin dialoq yolu ilə həllini vurğulayıblar

İran prezidenti bildirib ki, Tehran və İslamabad regional məsələlərin ölkələr arasında dialoq yolu ilə həll olunacağına inanırlar.

Həsən Ruhani Pakistanın baş naziri İmran Xan ilə Tehranda keçirdiyi birgə mətbuat konfransında əlavə edib: Bu görüşdə tərəflər həssas Fars Körfəzi bölgəsinin təhlükəsizliyini vurğuladılar. Onlar region məsələlərinin həllinin Yəmən müharibəsinin başa çatması və təcili atəşkəs olduğunu bildirdilər.

Ruhani ABŞ-ın İran xalqına qarşı sanksiyalarına da toxunub. O, tərəflərin ABŞ-ın İran xalqına qarşı sanksiyalarını iqtisadi terrorizm hesab etdiklərini və  ABŞ-ın sanksiyaları götürməli və nüvə anlaşmasına geri dönməli olduğunu vurğulayıblar.

Pakistanın baş naziri İmran Xan da bölgədə yeni qarşıdurmanın və gərginliyin qarşısını almaq üçün Tehrana səfər etdiyini xatırladaraq, Pakistanın son on beş ildə toqquşmalardan əziyyət çəkdiyini və terrorizmlə müharibədə yetmiş min itki verdiyini söyləyib.

Pakistanın baş naziri İran dövlətinin Kəşmir əhalisinə verdiyi dəstəyi də yüksək qiymətləndiribdir.

 

Teqlər