İran və Venesuela xalqları öz müqavimətləri ilə Amerikaya böyük dərs verdilər
https://azeri.sahartv.ir/news/İran-i351174-İran_və_venesuela_xalqları_öz_müqavimətləri_ilə_amerikaya_böyük_dərs_verdilər
İran prezidenti vurğulayıb ki, İran və Venesuela xalqları öz müqavimətləri ilə Amerikaya böyük dərs verdilər. Bildirib ki, Tehran dost və qardaş bir ölkə kimi bütün sahələrdə Venesuela ilə münasibətlərini genişləndirməyə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2019 09:38 Asia/Baku
  • İran və Venesuela xalqları öz müqavimətləri ilə Amerikaya böyük dərs verdilər
    İran və Venesuela xalqları öz müqavimətləri ilə Amerikaya böyük dərs verdilər

İran prezidenti vurğulayıb ki, İran və Venesuela xalqları öz müqavimətləri ilə Amerikaya böyük dərs verdilər. Bildirib ki, Tehran dost və qardaş bir ölkə kimi bütün sahələrdə Venesuela ilə münasibətlərini genişləndirməyə hazırdır.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Bakıda Qoşulmama Hərəkatının sammiti çərçivəsində Venesuelanın prezidenti Nikolas Maduro ilə görüşdə deyib ki, İran və Venesuela bütün beynəlxalq və siyasi təşkilatlarda bir-birilərinə arxa durublar və duracaqlar da.

Nikolas Maduro da iki ölkə münasibətlərinin bütün sahələrdə daha da genişləndirilməsini istəyib. Deyib ki, iki ölkənin birgə iqtisadi əməkdaşlıqlar komissiyası bütün əməkdaşlıq sahələri və həll yollarını işləyib hazırlayıb və onların həyata keçirilməsi üçün çevik hərəkətə keçmək lazımdır.