Okt 25, 2019 18:10 Asia/Baku
  • ABŞ-ın militarizmləri terrorizmi alovlandırıbdır
    ABŞ-ın militarizmləri terrorizmi alovlandırıbdır

İran prezidenti Qoşulmama Hərəkatının sammitindəki çıxışında Amerikanın təkvektorlu siyasətlərini dünyanın müxtəlif bölgələrində terrorizmin meydana gəlməsinin əsas amili adlandırıb.

Həsən Ruhani bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin 18-ci sammitində deyib: ABŞ-ın militarizmləri digər ölkələri milyardlarla dollar xərcə salıb, fitnələr və terrorizmin kök salmasına bais olubdur.

İran prezidenti əlavə edib: Qoşulmama Hərəkatı çoxlu sayda əhali və geniş ərazi hesabına və beynəlxalq təşkilatlardakı səslərinə əsasən, asanlıqla dünyada gücün yeni qütbünü yarada bilər.

Ruhani həmçinin bölgədəki son çaxnaşmalar haqda deyib: Bu böhranlardan yeganə çıxış yolu, öz talelərinin təyini sahəsində xalqların haqqına hörmət, bir-birilərinin daxili işlərinə qarışmamaq barədə öhdəlik, anlaşma və dialoq üçün münasib zəminin yaradılmasıdır.

Ruhani bölgənin təhlükəsizliyinin təmini barədə isə belə deyib: İran BMT-nin Baş Assambleyasında bölgənin sülhü və sabitliyi üçün “Hörmüz sülh addımı” layihəsini təqdim etdi. Bu layihədə məqsəd, Hörmüz boğazı və Fars Körfəzi ölkələri arasında sülhsevər və dostcasına münasibətlər və qarşılıqlı anlaşmanın yaradılması, irəliləyiş, sabitlik və sülhün yüksəldilməsidir.

Ruhani əlavə edib: İran İslam Respublikası bu qənaətdədir ki, qonşuların sabitliyi və təhlükəsizliyi, dünyanın sabitliyi və təhlükəsizliyidir və regional təhlükəsizlik və inkişafa nailolma yalnız qonşuların kollektiv iştirakı və həmkarlığı yolu ilə mümkün olacaqdır.

İran prezidenti Qoşulmama Hərəkatına üzv ölkələrin 18-ci sammitində iştirak və çıxış etmək, həmçinin Azərbaycan Respublikasının və bu sammitdə iştirak edən bəzi ölkələrin rəsmiləri ilə görüşmək məqsədilə Bakıya səfər edibdir.

 

Teqlər