Noy 05, 2019 13:34 Asia/Baku
  • İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 4-cü addım elan olundu
    İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 4-cü addım elan olundu

İran İslam Respublikası prezidenti İranın nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə 4-cü addımın icrasını elan edərək, deyib ki, bu addım sabahdan Fordo nüvə təsisatında başlanacaq.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Tehranda Azadi innovasiya zavodunun açılış mərasimində bildirib ki, nüvə anlaşmasına əsasən qərara alındı ki, Fordo-da 1044 sentrifuqa işləsin, amma qaz vurulmasın. O, əlavə edib: Sabahdan Fordo-da qazın verilməsi başlanacaq.

Ruhani vurğulayıb: Nüvə anlaşmasının bütün tərəfləri bilməlidirlər ki, İran birtərəfli surətdə nüvə anlaşmasına sadiq qala bilməz. O, deyib: Nüvə anlaşmasının bütün tərəfləri bank, neft, sığorta və metal sektorları daxil olmaqla bütün sanksiyaların aradan götürülməsi üçün iki ay müzakirə fürsətinə malikdirlər.

Ruhani əlavə edib: İranın yeni fəaliyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında olacaq və dördüncü addım öncəki addımlar kimi geridönəsidir.

İran İslam Respublikası prezidenti bildirib ki, İran xalqı müzakirə və dialoq əhli olan müqavimətli bir xalqdır. O, vurğulayıb ki, İranın seçdiyi yol, tamamilə düzgün yoldur.

 

Teqlər