May 28, 2020 16:37 Asia/Baku
  • Nüvə anlaşması güzəştlərinin ləğvinin İranın iş prosesində heç bir təsiri yoxdur

İranın Atom Enerjisi Təşkilatının sözçüsü ABŞ tərəfindən nüvə anlaşması çərçivəsindəki bəzi güzəştlərin ləğvinə reaksiyada deyib: Amerika İranın dünyadakı qüdrət atmosferinə və nüvə fəaliyyətlərinin davam etməsinə əsasən, bu kimi addımlar və xəbərlərlə dünyanın ümumi fikrini yayındırmağa çalışır.

SəhərAzəri xəbər verir, ABŞ-ın dövlət katibi Mayk Pompeo cümə axşamı günü iki müxtəlif tvitt-də yazıb: Amerika nüvə anlaşması ilə bağlı sanksiya güzəştlərini ləğv və nüvə proqramı ilə bağlı iki iranlını sanksiya edəcək.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi sonra deyib: Nüvə güzəştlərinin ləğvi, Amerikanın/ daxili və beynəlxalq ümumi fikri özünün İran qarşısındakı ardıcıl məğlubiyyətlərindən yayındırmaq üzrə əbəs cəhdidir.

Kəmalvəndi deyib ki, nüvə anlaşmasına əsasən, nüvə həmkarlığı ilə bağlı güzəştlərin ehtimal üzrə ləğvinin İranın iş prosesində heç bir təsiri yoxdur.

O, deyib: Amerika istəyir ki, İrana təzyiq istiqamətindəki addımları təsir göstərsin, amma əməldə bir hadisə baş vermir.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü İranın nüvə anlaşmasında qalan ölkələrlə nüvə əməkdaşlıqları barədə isə belə deyib: Rusiyada İrana lazım olan yanacaq heç bir problem olmadan İrana göndərilir. Çin və sair Avropa ölkələri də bu məsələdə Tehranı müşayiət edirlər.

Kəmalvəndi sonra belə qeyd edib: Reaktorun dizaynı və onun yanacağı üzrə əsas iş, İran İslam Respublikasının üzərinə düşür.

 

 

Teqlər