Bəqayi ABŞ-nin İranı yanacağın bahalaşmasında günahlandırmasına reaksiya verib
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Yanacaq qiymətlərinin artmasında İranı günahlandırmaq ABŞ-nin İrana qarşı hərbi təcavüzünün nəticələrinə görə məsuliyyətdən yayınmağa çalışdığını göstərir.
İsmayıl Bəqayi ABŞ rəsmilərinin öz ölkələrində yanacaq qiymətlərinin görünməmiş artımında İranın rolu ilə bağlı iddialarına cavab olaraq, özünün "X"dəki səhifəsində yazıb: "ABŞ rəsmiləri yanacaq qiymətlərinin artmasında İranı günahlandırırlar. Onlar elə təsəvvür edirlər ki, xalqın yaddaşı o qədər zəifləyib ki, hərbi təcavüzü kimin başlatdığını və onun hərəkətlərinin Hörmüz boğazının bağlanmasına və ticarət gəmiçiliyinin pozulmasına necə səbəb olduğunu artıq xatırlamırlar".O, həmçinin qeyd edib ki, bu cür yanlışlıq yeni bir şey deyil, 1939-cu ildə Hitler də Polşaya hücumunu əsaslandırmaq üçün eyni metoddan istifadə etmiş və həmin ölkəyə hərbi təcavüzünü "müdafiə tədbiri" kimi təqdim etmişdi".