İyun 05, 2020 20:15 Asia/Baku
  • İran-Türkiyə quru sərhədlərində əmtəə mal mübadiləsi bərpa olunub

İranın Bazərqan və Türkiyənin Gurbulağ gömrük müdirlərinin sərhəd görüşündə Bazərqan sərhədinin yenidən açılması ilə bir zamanda görülmüş səhiyyə tədbirləri ilə yanaşı, səhiyyə protokollarına riayət edilməklə bütün sürücülərin və yük maşınlarının gediş-gəliş lisenziyası verildi.

SəhərAzəri xəbər verir, Üç ay koronavirus tətilindən sonra İranın Türkiyə ərazisi vasitəsilə mübadilə imkanı.

İranın Bazərqan və Türkiyənin Gurbulağ bölgələrində beynəlxalq sərhədlərin yenidən açılması. Türkiyənin ticarət və gömrük naziri Türkiyənin İran və İraqla sərhədlərinin yenidən açılması zərurətini bir televiziya müsahibəsində elan etdi.

m.q- Hər il Türkiyənin 35 mindən çox yük maşını və treyleri İran sərhədi vasitəsilə bu ölkəyə və Mərkəzi Asiya ölkələrinə yola düşür. Səhiyyə protokollarına riayət edilməklə İran və İraqla sərhədlərin tez bir zamanda açılmasını zəruri hesab etdik.

Tehran və Ankara rəsmilərinin ciddi-cəhdləri ilə İranın Türkiyə ərazisi vasitəsilə bu ölkə ilə quru ticarətinin diqqətəlayiq tərzdə bərpa olunması.

m.k- Türkiyənin İrana ixracatı azalıb. Bu da öz məhsullarını İrana ixrac edən bir çox türk ixracatçının zərərə düşməsinə bais olubdur. Bu məsələ Türkiyə hökumətinin diqqət mərkəzində durdu.

Bazərqan beynəlxalq sərhədi ölkəmizin Türkiyə və Avropa istiqamətindəki ən qədim sərhəd darvazası hesab olunur. Hər sutka ərzində orta hesabla min yük maşını bu sərhəd darvazasından keçib gedir.

m.k- Bazərqan sərhədi İran ilə Türkiyə arasında birinci və çox qədim ticarət sərhədidir. Bu sərhəd İranın Avropaya doğru sərhəd darvazası olaraq, 90-dan yuxarı keçmişə malikdir.

Koronavirusun yayılmasından və ondan irəli gələn iqtisadi problemlərdən sonra indi xalqın məişəti və sağlamlığının təmin edilməsi məqsədilə ticarətin genişləndirilməsi Türkiyənin dövlət başçılarının şüarıdır.

Bu, Türkiyə gömrüklərinin ümumölkə koronavirus tətilindən sonra beynəlxalq quru ticarətinin adiləşdirilməsi istiqamətində Ankara tərəfindən atılan ilk addımlardandır. Sərnişin gediş-gəlişi isə növbəti iş gündəminə daxildir. Amma onun zamanı koronavirus şəraitindən asılıdır.

Teqlər

Şərhlər