İyul 07, 2020 18:29 Asia/Baku
  • İranın Avrasiya ilə ticarəti 2 milyard dolları keçib

İranın Rusiyadakı səfiri bildirib ki, İranın Avrasiya iqtisadi birliyi ilə ticarət həcmi, güzəştli ticarət müqaviləsinin 27 oktyabr 2019-cu il tarixində icra edilməsindən sonra iki milyard 417 milyon dolları ötüb keçibdir.

SəhərAzəri xəbər verir, Kazem Cəlali İranın Avrasiya iqtisadi birliyi ilə birgə işçi qrupunun ilk iclasında bildirib ki, İran-Avrasiya ticarəti həcmindən 72 faiz İranın idxalatı, 28 faiz isə ixracatının payına düşübdür.

Cəlali deyib: İran ilə Avrasiya iqtisadi birliyi arasında güzəştli ticarət müqaviləsinin icra edilməsi İranın öz qonşuları ilə iqtisadi əlaqələrinin genişlənməsi ilə nəticələnibdir.

İranın Rusiyadakı səfiri vurğulayıbdır ki, regional koalisiyalarda fəal iştirak və qonşularla iqtisadi əlaqələrin genişləndirilməsi İran İslam Respublikasının prinsipial siyasətlərindəndir.

İranın Avrasiya iqtisadi birliyi ilə birgə işçi qrupunun ilk iclası İran və Rusiyanın gömrük təşkilatlarının məsul şəxsləri, İranın Rusiyadakı səfiri Kazem Cəlali və Avrasiya iqtisadi birliyi komissiyasının rus həmsədrinin iştirakı ilə bu gün video-konfrans formasında keçirilib.

 

Teqlər