Avq 02, 2020 11:21 Asia/Baku
  • ABŞ və sionist rejim terrorçulardan bir vasitə kimi istifadə edirlər

ABŞ və sionist rejim terrorçuları onlara mənfəət gətircəkləri zamanadək himayə edirlər.

SəhərAzəri-in məlumatına görə İranın təhlükəsizlik naziri Tondər terror qrupu başçısının həbs olunmasına toxunaraq, deyib: Amerikadan İranda silahlı və təxribatçı əməliyyatları istiqamətləndirən Tondər terror qrupu başçısı Cəmşid Şarməhd İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs olundu.

Seyyed Məhmud Ələvi Tondər terror qrupu başçısının həbs olunması tərzi barədə deyib: Amerika və sionist rejim elə zənn edirdilər ki, Tondər terror qrupunun başçısı İrana qarşı hərəkət mənşəyidir, amma İranın təhlükəsizlik qüvvələrinin bacarığı bu qrupa vaxtında yekun zərbənin vurulmasına səbəb oldu.

Ələvi qeyd edib ki, özünü Amerika Federal Təhlükəsizlik Bürosunun qüvvəsi hesab edən bir şəxs bu gün İran İslam Respublikasının təhlükəsizlik qüvvələrinin əlindədir.

İranın təhlükəsizlik naziri bildirib ki, Tondər terror qrupunun başçısı Təhlükəsizlik Nazirliyinin əks-inqilabçılara qarşı ilk mürəkkəb əməliyyatı deyil. O, qeyd edib ki, Cəmşid Şarməhd və onun məcmusi tərəfindən təqribən 27 terror hərəkəti həyata keçirilibdir ki, İranın təhlükəsizlik qüvvələrinin sayıqlığı nəticəsində onların hamısı zərərsizləşdirilibdir.

Ələvi İNTERPOL-un Cəmşid Şarməhdin terror hərəkətlərindən xəbərdar olmasına toxunaraq, vurğulayıb ki, İNTERPOL Tondər terror qrupunun başçısını həbs etməli olduğu bir halda, onunla işi olmadı və bu məsələ qərblilərin terrorizmlə mübarizə şüarlarının puçluğunu göstərir.

Teqlər

Şərhlər