Avq 06, 2020 08:54 Asia/Baku
  • BMT bir daha general Süleymaninin terrorunun beynəlxalq qaydaları pozduğunu bildirib

BMT-nin xüsusi məruzəçisi bir hesabatda bir daha general Qasim Süleymaninin terror edilməsini pisləyib və onu beynəlxalq qanunlara zidd hərəkət adlandırıb.

SəhərAzəri xəbər verir, BMT-nin xüsusi məruzəçisi Agnes Kallamard bildirib ki, Amerika general-leytenant Süleymaninin terror edilməsində məsuliyyət daşıyır. O, vurğulayıb: Əgər belə bir hadisə Qərb ölkələri üçün baş versəydi, mütləq hərbi addım hesab olunar və sərt reaksiyaya səbəb olardı.

Kallamard bir daha vurğulayıbdır ki, general-leytenant Süleymaninin Amerikanın mövqelərinə qarşı hücum hazırlamaqda olmasına dair heç bir faktiki sənəd mövcud deyildir.

Agnes Kallamard iyulun 9-da öz hesabatını BMT-nin İnsan Haqları Şurasının iclasına təqdim edərək, bildirdi ki, Amerika general Süleymaninin amerikalıların həyatı üçün təcili və qəti bir təhdid olmasına dair mötəbər bir sənəd təqdim edə bilməyib və bu yüksək rütbəli iranlı rəsminin üçüncü bir ölkədə terror edilməsi beynəlxalq qanunlara və BMT Nizamnaməsinə ziddir.

Kallamard həmçinin son zamanlar Röyters ilə müsahibədə də Amerikanın general Süleymaninin terroru ilə bağlı iddiasını əsassız adlandıraraq, amerikalı terrorçuların bu hərəkətinin beynəlxalq qanunları və BMT Nizamnaməsini pozduğunu bildirdi.

General Süleymani cari milad ili yanvarın üçündə onu müşayiət edənlərlə yanaşı təcavüzkar və terrorçu amerikan qüvvələrin Bağdad hava limanındakı hava hücumunda şəhid oldu.

General Süleymani İraq hökumətinin dəvəti ilə bu ölkəyə səfər etmişdi.

Pentaqon-un bildirdiyinə görə, bu terror hücumu barədə göstərişi ABŞ prezidenti Donald Tramp vermişdi.

Teqlər