BMT TŞ üzvləri böyük sınaq qarşısındadırlar
İran prezident administrasiyasının başçısı BMT Təhlükəsizlik Şurası üzvlərinin 2231 saylı qətnamənin ABŞ tərəfindən pozulmasına reaksiyalarını onların səs istiqlaliyyətlərinin göstərilməsi üzrə böyük bir sınaq adlandırıb.
SəhərAzəri xəbər verir, Məhmud Vaezi bu gün öz tvitter hesabında sonra qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının üzvləri həmçinin Amerika rejiminin, 2231 saylı qətnaməni pozmaq, nüvə anlaşmasını dağıtmaq və özünün anti-İran iradəsini qəbul etdirmək üzrə təzyiqlərinə mənfi reaksiya vermək sahəsində də böyük sınaq qarşısında dururlar.
Amerika bu günlər nüvə anlaşmasının və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin mövcud olmasına rəğmən, İrana qarşı silah sanksiyalarının ləğv edilməsini bir təhdid kimi göstərmək üzrə puç bir bəhanə ilə bu sanksiyaların ləğv edilməsinin qarşısını almaq üçün sərt fəaaliyyət göstərir.
BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin maddələrinə əsasən, İrana silah satışı ilə bağlı qadağalar cari milad ili oktyabrın 18-də aradan götürüləcəkdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi də dünən bir mətbuat konfransında Amerikanın BMT Təhlükəsizlik Şurasının sabahkı iclasında İrana qarşı silah sanksiyalarının uzadılması barədə yeni qətnamə layihəsini irəli sürəcəyi barədə deyib ki, bu addım İranın əleyhinə olmazdan öncə BMT Təhlükəsizlik Şurasına və beynəlxalq mexanizmlərə qarşıdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü sonra bildirib ki, amerikanlar BMT Təhlükəsizlik Şurasını məhvə doğru sürükləmək istəyirlər. O, deyib: Təhlükəsizlik Şurasının üzvləri ehtiyatlı olmalıdırlar ki, amerikalıların tələsinə düşməsinlər və ehtimal üzrə Amerikanın bu addımı da şura üzvlərinin ehtiyatlı olmaları ilə uğursuz qalacaqdır.