İslam Peyğəmbəri(s.ə.s)-ə hörmətsizlik Amerika və sionizmin fitnəsidir
İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə bir fransız nəşrin Böyük İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyini pisləyiblər.
SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu müraciətdə bildiriblər ki, bir fransız nəşrin Böyük İslam Peyğəmbəri(s.ə.s)-in nurlu və pak simasına hörmətsizlik kimi böyük və bağışlanmaz günahı bir daha Qərb dünyasının siyasi və mədəni orqanlarının İslam və müsəlmanlar cəmiyyəti ilə şər mahiyyətli küdurət və inadlarını aşkar etdi.
Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Bəzi fransalı siyasətçilərin diktəsi ilə edilən bu böyük günahın pislənilməməsi üçün söz azadlığının bəhanə gətirilməsi tamamilə rəddolunan, yanlış və aldadıcı bir hərəkətdir.
İslam İnqilabının Böyük Rəhbəri söyləyiblər: Sionistlərin və zalım hökumətlərin tamamilə anti-İslam siyasətləri vaxtaşırı özünü göstərən bu kimi düşməncəsinə hərəkətlərin amilidir.
O həzrət sonra vurğulayıblar: Bu hərəkət hazırkı zaman kəsiyində Amerika və sionist rejimin Qərbi Asiya üçün nəzərdə tutduqları «bu bölgə xalqları və hökumətlərinin zehinlərini nəhs planlardan yayındırmaq» üzrə stimula da çevrilə bilər.
Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Müsəlman xalqlar, xüsusən Qərbi Asiya ölkələrinin xalqları bu həssas bölgənin məsələlərində sayıqlığı qorumaqla/ qərbli siyasətçilər və hökmranların İslama və müsəlmanlara qarşı düşmənçiliklərini unutmamalıdırlar.
Fransız «Charlie Hebdo» nəşri ötən çərşənbə axşamı günü yeni bir həyasızlıqda əziz İslam Peyğəmbəri(s.ə.s.) barədə hörmətsiz və qalmaqallı karikaturaları bir daha dərc edibdir.