Tezliklə İran, Azərbaycan Respublikası və Rusiya elektrik şəbəkələri qovuşacaq
https://azeri.sahartv.ir/news/İran-i367136-tezliklə_İran_azərbaycan_respublikası_və_rusiya_elektrik_şəbəkələri_qovuşacaq
Tezliklə İran, Azərbaycan Respublikası və Rusiya elektrik şəbəkələri bir-birilərinə qovuşacaqlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2020 13:21 Asia/Baku
  • Tezliklə İran, Azərbaycan Respublikası və Rusiya elektrik şəbəkələri qovuşacaq

Tezliklə İran, Azərbaycan Respublikası və Rusiya elektrik şəbəkələri bir-birilərinə qovuşacaqlar.

SəhərAzəri xəbər verir, İranın energetika naziri bildirib ki, qarşıdakı aylarda İran-Azərbaycan Respublikası-Rusiya elektrik qovşağının yaradılması üzrə araşdırma layihəsi başa çatacaq və ondan sonra icra əməliyyatı başalanacaqdır.

Reza Ərdəkaniyan sonra deyib: Üç ölkə razılaşdı ki, İran-Azərbaycan Respublikası-Rusiya istiqamətində layihənin məsuliyyəti bir iranlı texniki müşavir şirkətinə tapşırılsın. Bu müşavir seçilib və öz işinə də başlayıbdır.

O, sonra deyib: İran, Azərbaycan Respublikası və Rusiya elektrik şəbəkələrinin bir-birilərinə qovuşdurulması son dərəcə vacib və tələb olunan bir layihədir.

İki həftə bundan öncə Rusiyanın xarici işlər naziri Moskvada öz azərbaycanlı həmkarı ilə görüşdə ölkəsinin İran-Azərbaycan Respublikası-Rusiya elektrik qovşağının yaradılmasına əzmkar olduğunu bildirmişdi.

Sergey Lavrov Ceyhun Bayramov ilə görüşdə bu mətləbi bildirərək, demişdi ki, Moskva və Bakı qeyd olunan layihənin icrasına qərarlıdırlar.