Sen 11, 2020 18:57 Asia/Baku
  • Amerikada kimin prezident olması İran üçün önəmsizdir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Amerikada kimin prezident olması İran üçün önəmsizdir.

SəhərAzəri xəbər verir, O, vurğulayıb ki, ABŞ on illərdir, digər ölkələrin, o sıradan İranın seçkilərinə qarışır.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Maykrosaft şirkətinin İranla bağlı olan hakerlərin ABŞ prezident seçkilərinə təsir göstərmək üzrə səylərinə dair iddiasını rədd edərək, söyləyib: Başqa ölkələrə qarşı fəal əks-kəşfiyyat kampaniyasına rəhbərlik edən Birləşmiş Ştatların belə bir gülünc iddia irəli sürməsi təəccüb doğurur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Mühüm olan məsələ budur ki, Amerika beynəlxalq qayda-qanunlara, hüquq normalarına və öz beynəlxalq öhdəliklərinə əməl etsin və digər ölkələrə müdaxilə etməkdən əl çəksin.

Maykrosaft şirkəti iddia edibdir ki, Rusiya, Çin və İranla əlaqəli hakerlər 2020-ci il noyabr Amerika prezident seçkiləri ilə bağlı şəxslər və qruplardan casusluq etməyə çalışırlar.

Teqlər