Təbriz Universiteti beynəlxalq status qazanır
Təbriz Universitetinin rektoru deyib: "Təbriz Universiteti beynəlxalq statusu qazanır və məşğulluq sahəsində aktiv iştirak edir".
SəhərAzəri xəbər verir,
Mirrza Məcidi deyib: "Koronavirus pandemiyası universitetlərin açılışına təsir edib, Lakin buna baxmayaraq, Təbriz Universiteti onlayn tədris üçün lazım olan infrastrukturları yaratmaqla öz fəaliyyətini güclü şəkildə davam etdirir".
Təbriz Universitetinin rektoru əlavə edib: "Bu il Təbriz Universitetinin dünya reytinqindəki yeri olduqca yaxşılaşıb, belə ki, cari ildə İranın 8 ən üstün universitetlərindən biri olubdur və dünya səviyyəsində, keçən ilə nisbətən 100 pillə yüksələrək 800 ən üstün universitet arasında qərarlaşıb, həmçinin mühəndislik ixtisasları üzrə dünyanın 500 ən aparıcı universitetlərindən biri seçilibdir.
O, həmçinin deyib: "Araşdırma layihələrində İran ilə Türkiyə universitetləri arasında 160 birgə layihə üzrə müqavilə imzalanıb ki, onlardan 22 layihə seçilib və beynəlxalq müstəvidə qürurumuza səbəb olub.
Məcidi əlavə edib: "Son 2 ildə Təbriz Universitetinə 500-dən çox xarici tələbə cəlb edilib".
74 illik tarixə sahib olan Təbriz Universiteti, Tehran Universitetindən sonra İranın ikinci ən qədim universitetidir.