Zərif Küveyt əmirinin ölümü münasibətilə başsağlığı verib
https://azeri.sahartv.ir/news/İran-i367841-zərif_küveyt_əmirinin_ölümü_münasibətilə_başsağlığı_verib
İranın xarici işlər naziri dünən gecə bir tvitter mesajında Küveyt əmiri Şeyx Səbah Ələhməd Əlcabir Əssəbahın ölümü münasibətilə başsağlığı verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2020 04:15 Asia/Baku
  • Zərif Küveyt əmirinin ölümü münasibətilə başsağlığı verib

İranın xarici işlər naziri dünən gecə bir tvitter mesajında Küveyt əmiri Şeyx Səbah Ələhməd Əlcabir Əssəbahın ölümü münasibətilə başsağlığı verib.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif tvitterdə yazıb: Küveyt və region üçün mötədillik və orta mövqe sərgiləyən Küveyt əmiri mərhum Şeyx Səbah Ələhməd Əlcabir Əssəbahın ölüm xəbəri ürəyimizi ağrıtdı. Allah-Taaladan ona rəhmət, Küveytin hökumətinə və onun xalqına isə yeni hökumətin sayəsində təhlükəsizlik, sabitlik inkişaf və çiçəklənmə bəxş etməsini diləyirik.

Küveyt əmiri Şeyx Səbah Ələhməd Əlcabir Əssəbah dünən 91 yaşında vəfat edib.

Küveyt əmiri iyul ayından Amerikanın Minnesota ştatının Roçester şəhərindəki bir xəstəxanada yatırdı.

Küveyt hökuməti Şeyx Səbah Ələhməd Əlcabir Əssəbahın vəfatından sonra bir bəyanat yayaraq, bildiribdir ki, bundan öncə vəliəhd olmuş Nəvaf Ələhməd Əlcabir Əssəbah Küveytin yeni əmiri təyin olunubdur.