İran bölgədə toqquşan hər hansı bir tərəfin ölkəmizə ehtimali təcavüzünə qarşı xəbərdarlıq edib
İran XİN-nin sözçüsü deyib: “Qafqaz bölgəsində toqquşan tərəflərdən hər hansinin ölkəmizə təcavüzünü dözülməz hesab edərək, bütün tərəflərə bu mövzuda lazımi qayğı göstərmələrini istəyirik.”
SəhərAzəri xəbər verir, Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə, son günlərdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında baş verən qarşıdurmalar zamanı İran İslam Respublikası ərazisinə düşən bəzi mərmilər barədə məlumatlarla əlaqədar bir müxbirin sualına cavab olaraq deyib: “Ölkəmizin sərhəd bölgələrindəki hərəkətlər İran İslam Respublikası tərəfindən ciddi və həssaslıqla izlənilibdir, bu baxımdan bölgədə toqquşan tərəflərdən hər hansı birinin ölkəmizə qarşı təcavüzünü dözülməz hesab edərək, bu mövzuda bütün tərəfləri lazımi qayğı göstərməklə bağlı xəbərdar edirik .”
Xarici İşlər Nazirliyinin Mətbuat katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünə, mülki şəxslərə qarşı təcavüz etməmə prinsipinə, hərbi əməliyyatların dayandırılmasına və ciddi və vaxtında danışıqlara başlamağa ehtiyac olduğunu bir daha vurğulayaraq, İran İslam Respublikasının bu məqsədlərə çatmağa kömək etməyə hazır olduğunu açıqlayıb.