Okt 23, 2020 09:46 Asia/Baku
  • Amerika dünyada silah yarışlarının vurğunudur

İran xarici işlər naziri bildirib ki, Amerika dünyada silah yarışlarının vurğunudur.

SəhərAzəri xəbər verir, İran xarici işlər naziri bir tvitt-də rus dilində yazıb: Vaşinqtonun strateji hücum silahlarının məhdudlaşdırılması üzrə müqaviləni uzatmağa maraq göstərməməsi Amerikanın dünyada sabitliyə maraqlı olmaması və dünyada silah rəqabətlərinin başlanmasına böyük həvəsinin bariz nümunəsidir.

Məhəmməd Cavad Zərif bu tvitt-də yazıb: Amerikanın/ etibarının 2021-ci ilin fevralında bitən, silahlara nəzarət və beynəlxalq təhlükəsizliyin təmini üzrə ən mühüm müqavilələrdən biri olan strateji hücum silahlarının məhdudlaşdırılması üzrə müqaviləni uzatmağa maraq göstərməməsi, Amerikanın dünyada sabitliyə maraqlı olmaması və həmin ölkənin dünyada silah rəqabətlərinin başlanmasına böyük həvəs göstərməsinin digər bir bariz nümunəsidir.

Rusiya prezidenti Vladimir Putin ötən cümə günü təklif etdi ki, Moskva ilə Vaşinqton arasında bağlanmış strateji hücum silahlarının məhdudlaşdırılması üzrə müqavilə- Start-2 heç bir önşərt olmadan daha bir il müddətinə uzadılsın. Ağ Ev isə dərhal bu təklifi rədd etdi.

Teqlər