İranda koronadan sağalanların sayı 530 mini keçdi
İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə on min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 453 nəfərin həyatını itirməsindən xəbər verib.
SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.
Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda on min 339 yeni COVID-19 xəstəsi aşkar edilib. 3 088 nəfər xəstəxanaya yerləşdirilib.
İranda koronavirusa yoluxanların ümumi sayının 703 min 288 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 453 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 39 min 202 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 530 min 694 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.