Noy 14, 2020 19:53 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 552 mini keçdi

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi, bu ölkədə son sutkada koronavirusa 11 mindən çox yeni yoluxma faktının qeydə alındığını və 452 nəfərin bu virusdan dünyasını dəyişdiyini bildirib.

SəhərAzəri xəbər verir, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari koronavirusla bağlı son statistikanı açıqlayarkən, deyib: "İranda qəti diaqnostika meyarlarına əsasən, son 24 saat ərzində 11 min 203 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb, onlardan 2 min 509 nəfəri xəstəxanaya yerləşdirilib.

Lari İranda koronavirusa yoluxanların ümumi sayının 749 min 525 nəfərə çatdığını bildirərək, əlavə edib: "Təəssüflə son sutkada 452 nəfər bu virusdan dünyasını dəyişib, beləliklə də ölkədə koronavirus qurbanlarının ümumi sayı 41 min 34 nəfərə yüksəlibdir".

Larinin sözlərinə görə, İranda indiyədək 552 min 747 nəfər koronavirusdan müalicə olunaraq, sağalıb və xəstəxanalardan evə buraxılıb.

Teqlər