İranda koronadan sağalanların sayı 570 mini keçdi
İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə on üç min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 482 nəfərin həyatını itirməsindən xəbər verib.
SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.
Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda on üç min 352 yeni COVID-19 xəstəsi aşkar edilib. 3 079 nəfər xəstəxanaya yerləşdirilib.
İranda koronavirusa yoluxanların ümumi sayının 788 min 473 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 482 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 42 min 461 nəfərə çatıbdır. Aktiv xəstə sayı da 5 691 nəfərdir.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 570 min 774 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.