Noy 24, 2020 17:54 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 617 mini keçdi

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə on üç min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 483 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.

Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda on üç min 721 yeni COVID-19 xəstəsi aşkar edilib. 2 801 nəfər xəstəxanaya yerləşdirilib.

İranda koronavirusa yoluxanların ümumi sayının 880 min 542 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 453 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 45 min 738 nəfərə çatıbdır. Aktiv xəstə sayı da 5 824 nəfərdir.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 617 min 715 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər