Dek 01, 2020 15:06 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 667 mini keçdi

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə on üç min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 382 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.

Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda on üç min 881 yeni COVID-19 xəstəsi aşkar edilib. 2 237 nəfər xəstəxanaya yerləşdirilib.

İranda koronavirusa yoluxanların ümumi sayının 975 min 991 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 382 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 48 min 628 nəfərə çatıbdır. Aktiv xəstə sayı da 5 840 nəfərdir.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 677 min 963 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər