Dek 12, 2020 22:06 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 800 mini keçdi

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə səkkiz min nəfərdən çox yeni koronavirus xəstəsinin aşkar edilməsi və 221nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda səkkiz min 201 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan min 286 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının bir milyon yüz min 818 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 221 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 51 min 949 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 800 min 743 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər