Qrossinin İrana səfərində məqsəd
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bir bəyanatda bu agentliyin baş direktorunun Tehrana səfəri və İranın yüksək vəzifəli rəsmilərilə görüşlərini təsdiq edib.
SəhərAzəri xəbər verir, Agentlik bildirib ki, bu səfərdə məqsəd, agentliyin həmin ölkədəki təftişləri barədə məşvərət aparmaqdır.
Rafael Qrossinin Tehrana səfərinə toxunan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bildirib ki, həmin səfərdə məqsəd, əsas təftişlər rejiminin davam etməsi üzrə həll yollarına nail olmaqdır.
Agentlik təsdiq edibdir ki, Rafael Qrossi şənbə günü Tehrana səfər və İranın nüvə anlaşması altındakı öhdəliklərinin azaldılması istiqamətində agentlik müfəttişlərinin addımlarının atılma tərzi sahəsində bir razılaşmanın əldə olunması barədə məşvərət edəcək.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik həmçinin Tehranın nüvə anlaşması altındakı könüllü hərəkətlərinin icrasının dayandırılması haqda bir məktub aldığını təsdiq edib.
İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı səfiri və daimi nümayəndəsi Kazem Qəribabadi belə bir məktubun agentliyin baş direktoruna göndərilməsindən xəbər vermişdi.