Fransa polisinin zorakılığı davam edir;
Parisdə etirazçı qadın döyüldü
Okt 25, 2026 15:58 Asia/Baku
Fransada etirazçı qadının polis tərəfindən döyülməsini əks etdirən görüntülərin yayılması ölkədə təhlükəsizlik qüvvələrinin zorakılığını yenidən gündəmə gətirib.
Dünən Parisdə keçirilən etiraz aksiyalarından yayılan görüntülər göstərir ki, paytaxtın şərqində, "Port-de-Vinsenns" bölgəsində bir neçə polis əməkdaşı etirazçı bir qadını dəyənək, yumruq və təpiklə döyürlər.Bu görüntülər Fransada Makron hökumətinin siyasətlərinə, yaşayış xərclərinin artmasına və polisin etirazçılara qarşı zorakı rəftarının əleyhinə genişmiqyaslı etirazların davam etdiyi bir vaxtda yayımlanıb.