İtalyalı etirazçılar Melonin istefasını tələb edirlər
https://azeri.sahartv.ir/news/dünya-i423704-İtalyalı_etirazçılar_melonin_istefasını_tələb_edirlər
Avropada iqtisadi narazılıqların artması fonunda İtaliyanın Neapol şəhərində hökumət əleyhinə keçirilən etirazlar təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə qarşıdurmaya çevrilib.
(last modified 2026-10-24T13:25:02+00:00 )
Okt 24, 2026 17:23 Asia/Baku
  • İtalyalı etirazçılar Melonin istefasını tələb edirlər

Avropada iqtisadi narazılıqların artması fonunda İtaliyanın Neapol şəhərində hökumət əleyhinə keçirilən etirazlar təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə qarşıdurmaya çevrilib.

İtalyalı etirazçılar yaşayış problemləri və hökumətin iqtisadi siyasətlərinə etiraz olaraq, Neapol küçələrində toplaşıb, plakatlar qaldıraraq ölkənin baş naziri Corcia Melonin istefasını tələb ediblər.Bu etiraz aksiyası təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində zorakılığa çevrilib və polis ilə etirazçılar arasında qarşıdurma baş verib. Yaşayış xərclərinin artması, ailələrin alıcılıq qabiliyyətinin zəifləməsi və əməkhaqları ilə bağlı narazılıqlar son illərdə Avropanın müxtəlif ölkələrində iqtisadi və social etirazlara zəmin yaradan əsas problemlər sırasındadır.