ABŞ-nin müxtəlif şəhərlərində Trampa qarşı kütləvi etirazlar
https://azeri.sahartv.ir/news/dünya-i423610-abŞ_nin_müxtəlif_şəhərlərində_trampa_qarşı_kütləvi_etirazlar
ABŞ-nin müxtəlif şəhərləri şənbə günü bu ölkənin terrorçu hökumət başçısına qarşı keçirilən etirazlara şahidlik edib.
(last modified 2026-10-18T14:28:48+00:00 )
Okt 18, 2026 18:27 Asia/Baku
  • ABŞ-nin müxtəlif şəhərlərində Trampa qarşı kütləvi etirazlar

ABŞ-nin müxtəlif şəhərləri şənbə günü bu ölkənin terrorçu hökumət başçısına qarşı keçirilən etirazlara şahidlik edib.

Etirazçılar Şimali Texasın müxtəlif şəhərlərində, eləcə də Los-Ancelesdə və Cənubi Kaliforniyanın digər bölgələrində minlərlə insan “Krallara yox” adı altında keçirilən aksiyalarda iştirak edərək, ABŞ-nin terrorçu hökumət başçısı Donald Trampa və onun hökumətinin siyasətlərini pisləyiblər.Yerli medianın məlumatına görə, etirazçılar Şimali Texasın Dallas, Arlinqton, Frisko, Playno, Denton və Sautleyk şəhərlərində bir araya gəliblər. Eyni zamanda, minlərlə insan Los-Ancelesin mərkəzində və Bostonda yürüş keçirərək, hökumətin miqrasiya siyasətinə, federal qüvvələrin hərəkətlərinə və seçki hüququna qarşı təhdidlərə etiraz ediblər.Bu aksiyalar noyabr ayında keçiriləcək aralıq seçkiləri ərəfəsində təşkil olunan “Krallara yox” adlı ümumölkə etiraz gününün bir hissəsi olub.