İtaliyada da şagirdlər etiraza qalxdılar
Okt 17, 2026 14:05 Asia/Baku
İtaliya şagirdləri də təhsil sistemindəki əlverişsiz şəraitə etiraz olaraq küçələrə çıxıb, hökumət əleyhinə etiraz aksiyaları keçiriblər.
Fransada olduğu kimi, İtaliyada da şagirdlər etiraz aksiyalarına başlayıblar. Etirazlar həmçinin İtaliyanın sağçı baş naziri Corcia Meloninin hökumətinə qarşı yönəlib.İtaliyanın bir sıra şəhərlərində məktəblərdəki pis şəraitə etiraz edən şagirdlər küçələrə çıxıblar. Paytaxt Romada, eləcə də Milan, Turin və Verona şəhərlərində aksiyalar keçirilib.Minlərlə iştirakçı şüarlar səsləndirərək və əllərində plakatlar tutaraq, Fransadakı şagirdlərə dəstəklərini bildiriblər. Xatırladaq ki, Fransada şagird etirazları sentyabrın sonundan bəri davam edir.