Fransa təlatümdə:
Ümumi etirazların ikinci fazası
Okt 24, 2026 18:00 Asia/Baku
Komendant saatının tətbiqinə baxmayaraq, etirazçılar küçələrdədirlər
Bu gün, oktyabrın 24-ü şənbə günü Fransa bir daha bahalıq, bərabərsizlik və Makron hökumətinin siyasətlərinə qarşı genişmiqyaslı etiraz aksiyalarına səhnə olub.Keçən həftəki etirazlarda yüz minlərlə insanın iştirakından sonra, bu gün üçün 700-dən çox toplaşma və etiraz aksiyası çağırışı edilib.Bu etirazların ərəfəsində minlərlə polis və jandarma səfərbər edilib və bəzi şəhərlərdə aksiyaların keçirilməsinə məhdudiyyətlər tətbiq olunub.