İnqilab Rəhbərinin Qarabağ barədəki sözlərinin böyük strateji təsiri olub
https://azeri.sahartv.ir/news/İran-i373940-İnqilab_rəhbərinin_qarabağ_barədəki_sözlərinin_böyük_strateji_təsiri_olub
İranın Bakıdakı səfiri bildirib ki, İnqilab Rəhbərinin Qarabağ barədəki sözlərinin böyük strateji təsiri olub.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 02, 2021 12:13 Asia/Baku
  • İnqilab Rəhbərinin Qarabağ barədəki sözlərinin böyük strateji təsiri olub

İranın Bakıdakı səfiri bildirib ki, İnqilab Rəhbərinin Qarabağ barədəki sözlərinin böyük strateji təsiri olub.

SəhərAzəri xəbər verir ki, Seyyed Əbbas Mousəvi İslam İnqilabının Böyük Rəhbərinin rəbiuləvvəlin 17-də Qarabağın azad edilməsinin himayəsi və müdafəsi barədəki mövqelərinə işarə ilə deyib: Bu sözlərin böyük strateji təsiri və dəyəri olub və Azərbaycan Respublikasının xalqı və rəsmiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

İran İslam Respublikasının Bakıdakı səfiri dünən Qom Dini Elmlər Hövzəsinin Müdiriyyət Mərkəzinin Əmin salonunda keçirilən beynəlxalq "17 Rəbiuləvvəl Qarabağ, üstün diskurs" konfransında bildirib ki, İslam İnqilabının Böyük Rəhbərinin sözlərinin strateji dəyəri Azərbaycan Respublikasının rəsmiləri tərəfindən yaxşı dərk olundu. O, sonra deyib: İnqilab Rəhbərinin bəyanatı bunu dərk etməyimizə səbəb oldu ki, işğala söykənəcək siyasi coğrafiya sistemi daimi deyildir.

Mousəvi söyləyib: Bəziləri bu işğala və işğalçılığa adət etmişdilər, lakin İnqilab Rəhbərinin açıq mövqeyi və bəyanatı göstərdi ki, işğala söykənəcək siyasi coğrafiya, bəzilərinin onun üzərində sərmayə yatırmasına rəğmən, davam edə bilməz.

İran İslam Respublikasının Bakıdakı səfiri regiondankənar imperialist ölkələrə xitabən deyib: Digər ölkələr arasında və xalqların arasındakı boşluqlar və sınıqlar üzərində sərmayəyatırma daha nəticə vermir.