Məlumatlı təhlükəsizlik mənbəyi: "ABŞ sanksiyaları tam ləğv edilməyincə, heç bir danışıq olmayacaq"
Məlumatlı bir təhlükəsizlik mənbəyi sanksiyalar tamamilə aradan qaldırılmayınca İranla ABŞ arasında heç bir formatda müzakirənin aparılmayacağını bildirib.
SəhərAzəri xəbər verir ki, Təhlükəsizlik mənbəyinin bildirdiyinə görə, qərblilərin, İran İslam Respublikası prezidenti Həsən Ruhaninin ABŞ-ın praktiki addımlarla nüvə anlaşmasına qayıtmasının vacibliyinə dair son açıqlamasından yozumları yanlışdır və İranla ABŞ arasında müzakirə üçün heç bir yeni plan yoxdur.
Məlumata əsasən, İranla ABŞ arasında danışıqların başlanması üçün addıma-addım plan ideyası İran İslam Respublikasının ən yüksək səviyyələrində rədd edilib və sanksiyalar götürülməyincə İranla ABŞ arasında əlaqə qurulmayacaq.
İran İslam Respublikası prezidenti Həsən Ruhani İqtisadi Əməkdaşlıq Təşkilatının 14-cü onlayn formatında və 10 ölkə başçısının iştirakı ilə keçirilən zirvə görüşündə deyib: "ABŞ bütün sanksiyaları ləğv etməyə və praktiki addımlarla nüvə anlaşmasına qayıtmağa borcludur, çünki bu nüvə anlaşmasını pozan hökumətin vəzifəsidir".
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də ABŞ dövlət katibinin müavinliyinə namizd Vendi Şermanın nüvə anlaşmasının yenidən müzakirə edilməsinə dair son açıqlamalarına reaksiyada qeyd edib ki, nüvə anlaşması yenidnən müzakirə edilə bilməz.