Mart 15, 2021 14:28 Asia/Baku
  • Zərif:

İran İslam Respublikasının xarici işlər naziri qərblilərin ehtiyaclı olduğu vaksinin üç qatını ehtikar etdiyini vurğulayıb.

SəhərAzəri xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavd Zərif Tehranda keçirilən "koronavirusun rəvayəti" adlı tədbirin sonunda vaksinin paylanmasında ədalətin və yoxsul ölkələrlə zəngin ölkələr arasında eyni fürsətin yaradılmasının əhəmiyətini vurğulayaraq, deyib: "Vaksini ehtikar etmək yolverilməzdir".

Zərif Qərb ölkələrinin vaksin ehtiyaclarının üç qatını ehtikar etdiyini söyləyib. 

İranın xarici işlər naziri, həmçinin deyib: "İnsanın bu ortaq bəlası qarşısında hamı bərabərdir və əgər bir ölkə əmin-amansız olarsa, bütün dünya əmin-amansız olacaq".

Zərifin sözlərinə görə, başqalarını etibarsız vəziyyətə gətirmək bahasına özümüz üçün təhlükəsizlik qazana bilmərik və başqalarına təzyiq göstərməklə özümüz üçün gələcək qura bilmərik.

İranın xarici işlər naziri daha sonra əlavə edib: "Koronavirus bu dərsi dünyaya verdi ki, bir-birinə bağlı bir dünyada hamımız eyni gəmidə oturduğumuzu başa düşməliyik".

Zərif diqqətə çatdırıb ki,  peyvənd almaq üçün İran pullarının köçürülməsinə mane olanlar, koronavirusdan  insanlıq, təvazökarlıq və özlərinə rəvabildiklərini başqalarına rəva bilmək dərsi almadılar.

İranın xarici işlər naziri həmçinin deyib: "Dünyanın ən böyük təbliğat və elmi gücləri bu virus qarşısında acizdirlər və ABŞ koronavirusudan ən çox zərər çəkən ölkədir və ən yüksək ölüm göstəricisinə sahibdir".

Teqlər