İranda Sputnik-V peyvəndinin istehsalı başlayır
İranın Səhiyyə Naziri Səid Nəməki, Rusiyanın Sputnik-V peyvəndinin ortaq istehsalının İranda başlayacağını açıqladı.
SəhərAzəri xəbər verir ki,İranın Əlborz əyalətində Rusiyanın Sputnik-V peyvəndinin ortaq istehsalına başlandığını açıqlayan Nəməki, İranın İyun ayından sonra dünyada korona virus peyvəndini istehsal edən ölkələrdən biri olacağını ifadə etdi.
Nəməki, gələcəkdə ancaq peyvəndini özü istehsal edən ölkələr invətəndaşlarına peyvənd tətbiq edəcəyini qeyd etdi.
Nəməki, Sputnik-V peyvəndinin ortaq istehsalı gələn iki həftəyə qədər Əlborz əyalətində başlayacağını, bunun üçün lazımlı bütün infrastruktur işlərinin tamamlandığını ifadə etdi.
İranlı elm adamları korona virus peyvəndinin idxalatına paralel olaraq bir neçə növ korona virus peyvəndi istehsal etməyi də bacarmışlar.