Üç ayadək koronaya qarşı İran vaksini iri həcmdə istehsal olunacaq
İmam Xomeyni(r.ə)-in Fərmanının İcra Qərargahının rəisi üç ayadək koronaya qarşı İran vaksininin iri həcmdə istehsal olunacağını bildirib.
SəhərAzəri xəbər verir ki, Mohəmməd Moxber deyib: İmam Xomeyni(r.ə)-in Fərmanının İcra Qərargahı iyulun sonlarınadək təqrbən on iki milyon, avqustun sonunadək isə təqribən otuz milyon dozada «Kovo İran Bərəkət» vaksini istehsal edərək, İranın səhiyyə nazirliyinə təhvil verəcək ki, əhaliyə aşılanmış olsun.
Doktor Moxber sonra deyib: «Kovo İran Bərəkət» vaksininin istehsal prosesi qənaətbəxş şəkildə həyata keçirilməkdədir və bütün xalq üçün əlçatan olacaqdır.
«Kovo İran Bərəkət» vaksininin insan üzərindəki sınağının üçüncü etapı bu gün bu layihəyə nəzarət edən, infeksiyon xəstəliklər üzrə mütəxəssis, xanım doktor Minoo Mohrəzin peyvənd olunması ilə başlanıb.
Bu mərhələnin icrası ilə, İranda həmin vaksin ilə ümumi vaksinasiya üçün zəmin yaranacaq.