Zərif: "ABŞ-ın bu hərəkəti kütləvi soyqırımıdır"
https://azeri.sahartv.ir/news/İran-i376286-zərif_abŞ_ın_bu_hərəkəti_kütləvi_soyqırımıdır
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı ehtiyacından daha çox vaksin depolamaqda günahlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 25, 2021 16:24 Asia/Baku
  • Zərif:

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı ehtiyacından daha çox vaksin depolamaqda günahlandırıb.

SəhərAzəri xəbər verir ki, M.C.Zərif bütün ölkələrin koronavirus peyvəndlərinin paylanması üçün ortaq hərəkət etməsinin lazım olduğunu bildirib.

"Sanksiyalar səbəbilə İran başda olmaqla bir çox ölkələr bu mübarizədə təkbaşına mübarizə aparmaq məcburiyyətində qalıblar. Qlobal COVID-19 pandemiyasına qlobal vaksinasiya proqramı ilə cavab verilməli idi. ABŞ-da həddən çox miqdarda peyvənd var. Vaksinin bu cür tədarükü isə kütləvi soyqırımıdır", - Zərif Tvitter hesabında belə yazıb.