Apr 26, 2021 19:16 Asia/Baku
  • İran peyvənd istehsalı sahəsində öndədir

İranın "Pastor" isntitutunun sədri İranın vaksin istehsalı sahəsində öncül olduğunu vurğulayıb.

SəhərAzəri xəbər verir ki, İranın Pastor isntitutunun sədri lirza Bigləri deyib: "İran koronavirus dönəmində vaksin istehsalı sahısində 20 il irəlilədi və böyük uğurlar qazandı".

İsfahanın Tibb Elmləri Universitetində , İranın "Pastor" institutu və Kubanın "Finlay" institutunun birgə istehsal etdiyi koronavirusa qarşı vaksinin klinik sınaqlarının üçüncü mərhələsinin başlanması mərasimində çıxış edən Bigləri əlavə edib: "Koronavirus epidemiyasının yayıldığı son bir ildə bu sahədə yaxşı fəaliyyət göstərmişik".

İranın Pastor isntitutunun sədri həmçinin deyib: "Daxili imkanlara güvənməliyik".

İran və Kuba tərəfindən birgə istehsal olunan "Korona Pastor" peyvəndinin klinik sınağının üçüncü mərhələsi bazar ertəsi günü İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməkinin iştirakı ilə İsfahan Tibb Elmləri Universitetinin İbn Sina adına zalında başlayıb.

Teqlər