Ruhani: Korona peyvəndinin idxalatı üçün çalışırıq
İran İslam Respublikasının prezidenti Həsən Ruhani, hökümət olaraq Korona virus peyvəndinin idxalatına davam etməyə çalışdıqlarını ifadə etdi.
SəhərAzərinin İranpressdən nəql etdiyi xəbərə görə Şənbə günü Koronavirus epidemiyası ilə milli mübarizə mərkəzinin iclasında çıxış edən prezident Ruhani, hökümət olaraq Korona virus peyvəndinin idxalatına və yerli peyvənd istehsalına dəstək verməyə davam edəcəklərini, beləcə vətəndaşların bu peyvəndlərdən faydalanaraq virusa qarşı qorunacaqlarını ifadə etdi.
Ruhani, peyvənd şərtlərinin daha da yaxşılaşdıracağını və virusun yayılma zəncirini qıra biləcəyini hökümətin səhiyyə Nazirliyi tərəfindən təsdiqlənən peyvəndləri bütün çətinliklərə baxmayaraq idxal etməyə çalışdığını vurğuladı.
Ruhani ayrıca Vyana müzakirələrinə toxunaraq, əldə olunan irələyişlərə baxmayaraq hələ sanksiyaların davam etdiyini bildirdi.