May 22, 2021 08:43 Asia/Baku
  • Ali Məqamlı Rəhbər Fələstin xalqının son sınaqdan da başıuca çıxdığını bildirmişlər

İran İslam İnqilabının Böyük Rəhbəri Fələstin Müqavimətinin 12 gün uzanan müharibədə qələbəsini təbrik ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin xalqına və mübariz qruplara ünvanlanan müraciətdə onların yenidən qələbə çaldıqlarını olduqca mühüm hadisə adlandıran Həzrət Ayətullahül-üzma Xamenei yazıblar: "Bu bir neçə günlük sınaq Fələstin xalqını başıuca etdi. Vəhşi və canavar xislətli düşmən vahid Fələstinin qiyamı qarşısında gücsüzdür. Qüds və Qərb sahilinin Qəzzə, 1948-ci ildə işğal olunmuş ərazilər və qaçqın düşərgələri ilə əməkdaşlıq sınağı fələstinlilər üçün gələcək üçün çıxış yolunu göstərdi."

İnqilan Rəhbəri öz müraciətində son müharibənin ortaya qoyuduğu nəticələrə toxunmuşlar. “Sionistlər dəlicəsinə və alçaqcasına hərəkətlərə yol verərək dünya ictimaiyyətinin düşüncəsini özünə qarşı qaldırır, özünə və öz arxasında dayanan Qərb dövlətlərinə, xüsusi ilə, cinayətkar Amerikaya qarşı daha çox nifrət yaradır. İşğalçı İsrail rejimi məğlubiyyəti qəbul etməyə məcbur oldu. Xəbis rejim bundan da zəif olacaq”- deyə Ali Məqamlı Rəhbər vurğulamışlar.

O Həzrət sonra fələstinli mübarizləri işğalçı rejimə qarşı daha da qətiyyətli olmağa, İslam Dünyasını isə onlara dəstək verməyə çağırmış və qeyd etmişlər: “Hazırlıqlar və səhnədə güclü iştirak heç vaxt dayandırılmamalıdır. İslam dünyası isə Fələstin məsələsində tamamilə məsuliyyət daşıyır və bu,onların dini vəzifəsidir. Müsəlman dövlətləri istər hərbi gücləndirmədə, istər keçmişdə olduğundan daha çox günümüzdə ehtiyac duyulan maddi dəstəkdə, istərsə də Qəzzədəki dağıntıların və infrastrukturun yenidən qurulmasında Fələstin xalqını dəstəkləməkdə sədaqətlə meydana gəlməlidirlər.”

Fələstinə dəstəklə bağlı müsəlman xalqların üzərinə düşən vəzifəyə gəlincə, Həzrət Ayətullahül-üzma Xamenei bildiriblər ki, müsəlman xalqlar bu vəzifəni yerinə yetirməyi öz dövlətlərindən tələb etməlidir.  Xalqlar özü də imkan daxilində siyasi və maliyyə baxımdan yardım etməyə borcludurlar.

İnqilab Rəhbəri sonda terrorçu rejim başçılarının son cinayətlərə görə cəzalandırılmalarını, rejimin bütün nüfuzlu ünsürləri və şəxsən cinayətkar Netanyahunun beynəlxalq və müstəqil məhkəmələr tərəfindən mühakimə olunmalarını tələb etmişlər.

 

Teqlər