Razi müəssisəsinin vaksini dünyanın 37 mötəbər vaksini arasında
https://azeri.sahartv.ir/news/İran-i377513-razi_müəssisəsinin_vaksini_dünyanın_37_mötəbər_vaksini_arasında
Nyu-York Tayms qəzeti xəbər verib ki, İranın Razi adına vaksin və serum qayırma üzrə araşdırma müəssisəsi dünyanın 37 üstün şirkətinin kənarında COVID-19-ə qarşı vaksinin klinik sınağının ikinci mərhələsinə daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2021 07:41 Asia/Baku
  • Razi müəssisəsinin vaksini dünyanın 37 mötəbər vaksini arasında

Nyu-York Tayms qəzeti xəbər verib ki, İranın Razi adına vaksin və serum qayırma üzrə araşdırma müəssisəsi dünyanın 37 üstün şirkətinin kənarında COVID-19-ə qarşı vaksinin klinik sınağının ikinci mərhələsinə daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən, bu məlumatın bir hissəsində «KovoPars» peyvəndinin sınaq işinin başlanmasına işarə edilir və deyilir ki, İran 7 fevral 2021-ci il tarixində ikinci daxili məhsul olan «KovoPars» adlı peyvəndin klinik sınağının ikinci mərhələsinə daxil olduğunu elan etdi.

«KovoPars» peyvəndi koronaya qarşı yeni tərkibli zülala malik ilk inyeksiya-tənəffüs vaksinidir. Onu Razi adına vaksin və serum qayırma üzrə araşdırma institutu Ümumdünya Səhiyyə Təşkilatının protokollarına uyğun olaraq, istehsal edib.